Hacıqabulda avtomobil aşıb, 4 nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.