Azərbaycanda iqtisadiyyatın inkişafı üçün həyata keçrilən tədbirlər yüksək standartlara cavab verən sosial rifahın yaxşılaşdırılması prinsiplərinə əsaslanır. Aparılan iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.
Bu strategiyaların həyata keçirilməsi üçün ölkəmiz bir çox dövlət proqramlarını qəbul edib.
İqtisadçı Ruslan Atakişiyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün, həssas qrupa aid olmayan insanların da biznesə cəlb olunması üçün mikro maliyyə proqramları təqdim olunmalıdır:
"Ölkədə dövlət tərəfindən əhalinin sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilib. O cümlədən əhalinin sosial müavinatlarla yanaşı məşğulluq proqramları yenilənir. İqtisadi və sosial inkşafın daha da artırılması üçün yaxşı olar ki, həssas qrupa aid olmayan digər insanlara da maliyyə proqramları təklif olunsun. Məsələn, bunlardan "Kraudfandinq" - i misal göstərə bilərəm ki, sahibkarlığın inkşafı üçün müasir vasitələrdən biridir.
O cümlədən digər yeni texnologiyalar vasitəsilə gəlir qazanacaq sahələrə daha çox üstünlük vermək lazımdır. Eyni zamanda yaxşı olar ki, dövlət tərəfındən həyata keçrilən layihələr barədə əhaliyə məlumat çatdırılsın. Çünki əksər vətəndaşlar bu məlumatlardan xəbərsiz olurlar".
Ekspertin fikrincə iqtisadi inkişaf üçün daha çox tələb olunan tədbirlərdən biri də bank sektoru ilə bağlıdır.
"Bu yaxınlarda bank sektoru işləri ilə bağlı müzakirələr həyata keçirildi. Hesab edirəm ki, İslam bankçılığının bank sektorunda tədbiq olunması sahibkarlara da yeni imkanlar yaradacaq. Belə olduğu halda banklarda əlavə olunan faizlər və əməliyyatlar xeyir və zərərdə ortaqlıq prinsipə əsasən həyata keçrilir".
Qeyd edək ki, İslam bankçılığı bütün alqı-satqı əməliyyatlarında yalnız real aktivlərə əsaslanan bir iqtisadi mexanizmdir.
Havar Şəfiyeva