Aparılan araşdırmalara nəzər yetirdikdə görürük ki, idxal strukturumuz kifayət qədər genişdir və sürətlə artmaqdadır. İdxal olunan məhsulların arasında isə əsasən mexanizm, elektron avadanlıqlar, təchizat yönümlü texnoloji vasitələr ön planda görünür. Eyni zamanda nəqliyyat vasitələri, kimyəvi məhsulların da idxalda əsas yer tutduğunun şahidi oluruq.
İqtisad elmmləri doktoru Altay İsmayılov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bununla yanaşı özümüzün də istehsal etdiyi qida məhsularını idxal edirik: "Burada bəzi məhsulların istehsalı üçün lazım olan texnoloji imkanlar ölkəmizdə olmadığına görə həmin məhsulların idxal edilməsi məcburiyyətində qalırıq. Digər məhsullara gəldikdə isə, həmin məhsulları özümüz də istehsal edə bilərik. Neft sənayesi ölkəmizdə əsas ixrac sahələrindən biridir. Araşdırmalardan gördüyümüz kimi idxaldan asılı olan əsas sahə qeyri neft sektorudur".
İqtisadçı açıqlamasında bildirir ki, idxal asıllığını azaltmaq üçün qısa müddətli dövr ərzində istehsalın artırımalı olduğu sahələrini müəyyənləşdirmək lazımdır: "Düşünürəm bunun üçün ilk növbədə rəqabətə uyğun indeksə görə araşdırmalar aparılmalı, hansı məhsullarla bağlı üstünlüyümüz və əksikliyimizin olduğu müəyyən olunmalıdlr. Xüsusilə kənd təsərüfatı məhsullarını daha çox idxal edən ölkə kimi tanınırıq. Buna uyğun olaraq kənd təsərüfatı sahəsində yeni imkanlar yaratmalı, sahibkarlığın inkşafı üçün tədbirlər görülməliyik ki, iqtisatiyadımızı təmin edə biləcək qədər məhsul yetişdirək".
Havar Şəfiyeva