İstanbulda avtomobil qəzası beş nəfərin həyatına son qoyub

İstanbulda avtomobil qəzası beş nəfərin həyatına son qoyub

İstanbulda avtomobilin piyadaları vurması nəticəsində beş nəfər ölüb, bir nəfər yaralanıb

CNN Türk xəbər verir ki, qəza şəhərin Asiya tərəfindəki Pendik rayonunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən beş piyadaya çırpılıb. Qəza zamanı onların hamısı həyatını itirib. Avtomobildə sıxılıb qalan sürücü isə çıxarılaraq xəstəxanaya çatdırılıb.

İlkin ehtimallar görə, qəzaya piyadaların magistralı nəzərdə tutulmayan hissəsindən keçməsi səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.