İstanbulda yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Anadolu agentliyi xəbər verir ki, İstanbul bələdiyyəsinin məlumatına görə, hadisə şəhərin Asiya tərəfindəki Ataşehir səmtində qeydə alınıb. Yanacaq daşıyan maşınının qaynaq işləri zamanı partladığı və daha sonra yanğın başladığı bildirilir.
Göztepe Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın dəqiq səbəbləri araşdırılır.