Jukovskidən Bakıya uçuşlar bərpa ediləcək

Jukovskidən Bakıya uçuşlar bərpa ediləcək

“Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək.

Uçuşlar aprelin 26-dan başlayacaq.

Jukovski - Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.

Aviaşirkət aprelin 2-dən bu marşrut üzrə reyslərə aviabiletlərin satışı açılacaq.