Kol Durham: İslamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir

Kol Durham: İslamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir

İslamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. 

AZƏRTAC xəbər verir ki, bu sözləri G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. 

O bildirib ki, dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.