Malayziyada Kral Hərbi Dəniz Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən paradın məşqi zamanı iki helikopter havada toqquşub. "Yeni Azərbaycan" xəbər verir ki, qəza barədə "The Star" məlumat verib.
Malayziya Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, 10 ekipaj üzvü həlak olub. "Fennec" helikopterində üç, "HOM-AW139" -da isə yeddi nəfərin olduğu dəqiqləşdirilir.
Yerli mətbuat hadisə yerindən şahidlərin çəkdiyi kadrları dərc edib.
İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Toqquşma ölkənin qərbindəki Perak əyalətindəki Lumut hərbi dəniz bazasında baş verib. Qeyd olunur ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Havar Şəfiyeva