MDB dövlət başçılarının növbəti görüşü Aşqabadda keçiriləcək

MDB dövlət başçılarının növbəti görüşü Aşqabadda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının növbəti görüşü cari il mayın 24-də Aşqabadda keçiriləcək.

MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, görüşdə 2023-cü ilin yekunları, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və perspektivdəki digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, MDB dövlət başçılarının ötənilki görüşü oktyabr ayında Bişkekdə keçirilib.