Mərkəzi Bank neftin və qazın orta qiyməti üçün proqnozunu açıqlayıb

Mərkəzi Bank neftin və qazın orta qiyməti üçün proqnozunu açıqlayıb

2024-cü il üçün Azərbaycan neftinin orta qiyməti 84.9 dollar, qazın 1000 kubmetrinin isə 296.1 dolları olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib.

T.Kazlmov qeyd edib ki, növbəti ildə neftin orta qiymətinin 83.8 dollar, qazın 1000 kubmetrinin isə 332.5 dollar olacağı nəzərdə tutulur.