Milli Məclisə seçkilərlə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Milli Məclisə seçkilərlə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib. "Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.

M.Pənahov bildirib ki, həmin müşahidəçilərin 5 min 831 nəfəri MSK-da, 44 min 868 nəfəri DSK-larda qeydə alınıb.