Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır. “Seçki 2024”Müstəqil Media Mərkəzinin xəbərinə görə, Seçki Məcəlləsinin 100.8-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.