Misir Türkiyəyə səfir təyin edib

Misir Türkiyəyə səfir təyin edib

Misir Türkiyəyə səfir təyin edib. 

"Anadolu" Agentliyinin verdiyi xəbərə görə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Amr əl-Hamamini Türkiyədə səfir təyin edib. 

Misir Prezidentinin bununla bağlı sərəncamı rəsmi mətbuatda dərc edilib. 

Qeyd edək ki, bundan əvvəl Salih Mutlu Şen Türkiyənin Misirdə səfiri təyin olunub.