MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.