Moskva-Orenburq reysini həyata keçirən göyərtəsində texniki problem olan “Airbus A-321” təhlükəsiz şəkildə Şeremetyevoda eniş edib.
Bu barədə Rosaviasiya məlumat yayıb.
xxx
Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus Aerobus A321 sərnişin təyyarəsi Flightradar uçuş izləmə xidmətinin xəritəsindən itib.
TASS xəbər verir ki, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni-Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.
Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib.