Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktından sonra xəstəxanaya yerləşdirilənlərin siyahısını açıqlayıb

Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktından sonra xəstəxanaya yerləşdirilənlərin siyahısını açıqlayıb

Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall”da törədilmiş terror aktından sonra xəstəxanaya yerləşdirilənlərin siyahısını açıqlayıb. 

Nazirliyin siyahısında 145 nəfərin adı var. Onlardan 9 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Yaralılardan 8-i yeniyetmə, 7-si uşaqdır.