NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında təşkilat üzvlərinin növbəti qeyri-rəsmi görüşünün 2025-ci ildə Türkiyədə keçirilməsi barədə qərar qəbul edilib.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı növbəti görüşün Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu təklif qəbul olunub.