Ombudsman Səbinə Əliyeva dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını və tələbə yataqxanalarının tikilməsini təklif edib.
Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.