Polşa sərhədi qorumaq üçün xüsusi əməliyyata başlayacaq

Polşa sərhədi qorumaq üçün xüsusi əməliyyata başlayacaq

Polşa Belarusla sərhədi qorumaq üçün “Təhlükəsiz Podlasie” adlı yeni xüsusi əməliyyata başlayacaq. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.

"Avqustun 1-dən etibarən yeni missiya olacaq, təlim və sərhəd mühafizəsi tamamlanacaq", - deyə  Müdafiə Nazirliyinin rəisi bildirib.

Onun sözlərinə görə, “Təhlükəsiz Podlasie” adlı yeni xüsusi əməliyyatda 17 minə qədər hərbçi iştirak edəcək. Eyni zamanda, Kosiniak-Kamış qeyd edib ki, Varşava zəruri hallarda sərhəd zonasına əlavə qüvvə göndərməyə hazırdır.


Havar Şəfiyeva