Polşada hava şarının yenidən düşməsi qeydə alınıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "RMF24" radiostansiyası məlumat yayıb.
Radiostansiyanın qeyd etdiyi kimi, atmosferi öyrənmək üçün nəzərdə tutulmuş hava şarı martın 5-də ölkənin şimal-şərqindəki Varm-Masuriya Voyevodalığının Kervik kəndinə düşüb.
Aydınlaşdırılır ki, bu, son iki gündə Polşaya düşən üçüncü meteoroloji şardır. Martın 4-də ilk naməlum obyekt Mikalovo kommunasının ərazisinə düşdü, sonradan polis və kəşfiyyat xidmətləri tərəfindən hava şarı olduğu müəyyən edildi. həmçinin bu gün Xarş kəndində ikinci hava balonu aşkar edilib.
Qeyd olunur ki, Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış daha əvvəl bildirmişdi ki, hava şarlarının qəzaya uğramalarının sayının artması ilə əlaqədar Polşa hökuməti Milli Təhlükəsizlik Şurasının iclasını çağıracaq. Lakin o, məsələnin hərbi jandarm deyil, polis tərəfindən idarə olunduğunu vurğulayıb.
Havar Şəfiyeva