Seçkiqabağı təşviqatda deputatlığa namizədlər kifayət qədər fəaldır. “Seçki 2024” Müstəqil Media Mərkəzinin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK namizədlərin təşviqat aparması üçün kifayət qədər imkanlar yaradıb: “Namizədlər media subyektləri vasitəsilə ilə də öz fikirlərini seçicilərə çatdıra bilirlər. 5 min 506 açıq və qapalı yer var. Ərazilərdə və yaşayış yerlərində ən yaxşı məkanlar seçilib”.