Türkiyədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb: yaralılar var

Türkiyədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb: yaralılar var

Türkiyənin Düzcə şəhərində sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

Bu barədə Türkiyə KİV xəbər verir.

Məlumata görə, qəza yerinə polis, yanğınsöndürmə əməkdaşları və tibbi personal cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.