Müharibə nəticəsində Ukraynada ölən uşaqların sayı 500-ü keçib.
Bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, ötən ilin fevralın 24-dən indiyə qədər 502 uşaq həlak olub, 1 097 uşaq yaralanıb.
Baş Prokurorluq əlavə edib ki, bu rəqəm yekun deyil.