Xaçmazda yük maşını motosikletlə toqquşub, bir nəfər ölüb

Xaçmazda yük maşını motosikletlə toqquşub, bir nəfər ölüb

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.