Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yazıçı bir müddət əvvəl insult keçirmişdi. On gün komada qalan Mövlud Süleymanlı təxminən bir saat əvvəl dünyasını dəyişib.