Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində maqnitudası 3,0 olan zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:10-da qeydə alınıb. Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.