Zəngəzur eşqiylə döyünən qəlblər...
15.05.2024 [10:42]
Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydın görür. Axı Qarabağ bu başıbəlalı xalqın ilk itkisi, ilk həsrəti deyil. Məsələn, indi Qarabağa başlayan köçə həsrətlə baxan, bir zamanlar özlərinin də beləcə öz yurd-yuvalarına qovuşacağına inanan Qərbi azərbaycanlılar- zəngəzurlular, göyçəlilər, dərələyəzlilər, vedililər var... Axı onlar da öz ata-baba yurdlarının həsrəti ilə ömür sürür, saç ağardırlar...
Onlardan biri də Quliyev Əkbər Hüsü oğludur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin texniki avadanlıq üzrə mütəxəssisi olan Əkbər bəy əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunun Ağbulaq kəndindəndir. Uşaqlığı həmin kənddə keçən müsahibim deyir ki, əgər bu dünyada cənnət deyilən yer varsa, şübhəsiz ki, onun bir parçası məhz Zəngəzurdur:
“Ağbulaq güneyini, quzeyini saran meşələri, saysız-hesabsız buz bulaqları ilə yaddaşımın ən gözəl yerində indi də yaşamaqdadır. O bulaqlar elə möcüzəvidir ki, bir quzunun kababını yeyib üstündən bircə stəkan o bulağın suyundan içsən, təzədən acırdın. Sarı bulaq, Xor-xor bulağı, Çömçə bulaq, Nağdalı bulağı, Sofulu bulağı, Alçalıq bulağı, Peyvaz bulağı... Demək olar ki, hər daşın, hər ağacın dibindən bir bulaq qaynayırdı. Həmin bulaqların adları, hətta sularının dadı belə bu gün də tək-tək yadımdadır. İyul ayında kəndimizdəki Kəpəz dağına çıxırdıq. Dağın başında ağ qar hələ də qalmış olurdu və biz uşaq dəcəlliyi ilə həmin qarı götürüb qaça-qaça kəndə gəlirdik. Yolda qar əriyirdi və ovcumuzda suyu qalırdı.
Meşələrində o qədər yabanı meyvə ağacları vardı ki, sanki Allah bütün nemətləri elə ora bəxş etmişdi. Yaz gələndə hər tərəf sanki rəngarəng xalça kimi gül-çiçəklə örtülürdü. Ətri insanı bihuş edirdi. Meşələri elə sıx idi ki, adına “Qaranlıq meşə” deyərdik. Çünki günün günorta çağı oraya girəndə elə bilirdin qəfildən qaranlıq düşdü. Ağacları o qədər sıx və hündür idi ki, Günəşin qarşısını kəsirdi.
Təbiəti o qədər saf, gözəl idi ki, soyuq iqliminə baxmayaraq, heç birimiz xəstəlik nədir bilməzdik. Kənddə heç kəsin sağlamlığı ilə bağlı bircə problemi də yox idi. Halbuki, bəzən oktyabrdan qar yağmağa başlayar, aprel ayının axırına kimi davam edərdi. Hətta bir dəfə iyun ayının 4-də kəndimizə qar yağmışdı.
Hələ əvvəlki dövrlərdən Ermənistanda azərbaycanlılar əsasən təhsil məsələsində sıxışdırılırdılar. Belə ki, Yerevan Zəngəzurdan çox uzaq olduğu üçün Azərbaycan dilindəki ali məktəblərin sayı, demək olar ki, yox dərəcəsində idi. Bakıya gəlib ali təhsil alan azərbaycanlılara da şərait yaradılmırdı. Onlar ancaq kənd təsərrüfatı ilə məşğul ola bilirdilər. Çünki dövlət idarələrində erməni dili yeganə dil idi. Nə Azərbaycan, nə də rus dilləri qəbul olunmurdu. Ona görə də kəndin təhsilli cavanları məcbur qalırdılar ki, gəlib Azərbaycanda məskunlaşsınlar, öz ixtisasları üzrə işləsinlər. Ermənilər çox məmnuniyyətlə savadlı insanların oradan uzaqlaşmasına razı olurdular.
Mən də hərbi xidmətdən sonra təhsil almaq üçün Azərbaycana- Sumqayıt şəhərinə gəldim və burada məskunlaşmaq məcburiyyətində qaldım. Buna baxmayaraq, ta 1988-ci ilə kimi bütün məzuniyyətlərimi öz doğma kəndimdə keçirirdim”.
Doğulduğu və yaşadığı coğrafiya səbəbindən hər iki xalqı yaxşı tanıyan müsahibim ermənilərlə azərbaycanlıların fərqini də dəqiqliklə ifadə edir:
“Bizim kənddə ermənilər yaşamasa da, rayon mərkəzinə gedəndə tez-tez onlarla qarşılaşırdıq. Qəribədir ki, həmin zamanlarda belə ermənilərin azərbaycanlılara olan nifrətini hər zaman hiss edirdik. Ancaq mən Azərbaycana gələndə burada heç zaman ermənilərə qarşı nifrət, kin hiss etmədim. Biz hər zaman güzəştə gedən, unutqan millət olmuşuq. Yüz illərlə bizə çəkdirdikləri zülmü, əzabı unutmuşuq, güzəştə getmişik. Onlar isə heç vaxt bizi sevməyiblər. Onlarda xoşuma gələn tək məqam bizə “türk” deməkləridir. Rast gələndə həmişə soruşurdular “ermənisən, ya türksən?” Heç vaxt bizə azərbaycanlı deməzdilər. Baxmayaraq ki, Sovet dövründə bizə “azərbaycanlı” adı qoyub milli kimliyimizi unutdurmağa çalışırdılar, amma onlar özləri də bilmədən bizə xatırladırdılar ki, siz türksünüz”.
İllərdir öz kəndinə, yurd-yuvasına həsrət yaşayan Ə.Quliyevin də tək arzusu o torpaqlara qovuşmaqdır:
“Kənddən çıxarıldıqdan sonra bütün dünyamız alt-üst oldu. Tək mən yox, demək olar ki, bütün Qərbi azərbaycanlılar hər gecə yuxularımızda o cənnət məkanları, öz doğma yurdumuzu görürük.
O yerlərə dönmək bütün azərbaycanlıların, Türk dünyasının arzusudur. Çünki ora bizim ata-baba torpaqlarımızdır. Yüz illər, min illər öncə yaşamış əcdadlarımız ruhu orada çox narahatdır, nigarandır və bizim oraya qayıdışımızı gözləyir. O torpaqlar bizim üçün əvəzolunmazdır, gec-tez qayıtmalıyıq. Düzdür, bura da bizim vətənimizdir, doğma elimizdir. Ancaq hər bir insanın doğulduğu, uşaqlığının keçdiyi balaca bir kənd onun ilk vətəni, dünyasıdır. Tarix boyu Zəngəzur türk torpağı olub. Orada bizim kökümüz var. Oralar Türk torpağıdır. Türkün torpağı da türkə qayıtmalıdır.
Kəndimizə qayıtsam, ilk hara gedəcəyimi özüm də bilmirəm. Çünki onun hər qarışı mənim üçün əzizdir. Ağbulaq bulağından tutmuş Kəpəz dağının zirvəsinə qədər hər addımı doya-doya gəzərəm”.
Əkbər Quliyev təkcə öz xatirələrində, qəlbində deyil, həm də ailəsində yaşadıb Zəngəzur sevgisini. Üç övladı Qərbi Azərbaycanı, Zəngəzuru görməsələr də, atalarının xatirələrindən, söhbətlərindən tanıyıb, seviblər və bu gün fəxrlər, qürurla Qərbi azərbaycanlı olduqlarını hər yerdə deyirlər. Onlardan biri də istedadlı gənc jurnalist Aysel Quliyevadır. Aysel xanım ta uşaqlığından uşaq saflığı ilə tarixi bilməyən insanlara ermənistanlı yox, Qərbi azərbaycanlı olduğunu anlatmağa çalışır:
“Biz uşaqlığımızdan ailəmizdə Qərbi Azərbaycan, Zəngəzur sevgisi ilə böyümüşük. Atam həmişə bizə xəritədə o yerləri göstərib, əslimizin haradan gəldiyini başa salıb. Hətta uşaq vaxtı bir dəfə məktəbdə sinif yoldaşım dedi ki, siz ermənistanlısınız, deməli ermənisiniz? Mən hələ uşaq olduğum üçün tam fikrimi izah edə bilmirdim ki, əslində, oralar Azərbaycanın qərb torpaqlarıdır.
Atam hər zaman tarixlə yaxından maraqlanıb, tarixi kitabları oxuyub, mənbələri araşdırıb. Həmişə öz soykökümüzlə bağlı nəsə maraqlı tarixi fakt tapanda mütləq bizi yanına çağırar, bizə də bir-bir başa salardı. Bunun sayəsində mən bu gün öz soyköküm, əslim, nəslim haqqında hər şeyi bilirəm, milli kimliyimin fərqindəyəm.
Sevindirici haldır ki, biz öz tariximizi təkcə atamdan deyil, digər Qərbi azərbaycanlılardan da eşidirdik. Yaşıdım olan gənc nəsil də öz soykökünü yaxşı tanıyır və hər zaman sahib çıxır. Onlarla söhbət zamanı eyni məlumatlara, eyni bilgilərə sahib olduğumuzu görüb çox sevinirəm ki, gənc nəsil də öz yurdunu, tarixini unutmur.
İndi ən böyük arzum atamın, qohumlarımın doğulduğu, böyüdüyü o torpaqlara getmək, onların uşaqlığının keçdiyi yerləri gəzməkdir. Çox şükür ki, bu gün Qarabağımız azaddır. Qarabağdan olan və 30 il köçkün həyatı yaşayan həmvətənlərimiz artıq öz yurd-yuvalarına qayıdırlar. Bu, bizdə böyük ümid doğurur. İnanırıq ki, vaxt gələcək cənab Prezidentimiz, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə biz Qərbi Azərbaycanlılar da öz yurd-yuvalarımıza qayıdacaq, tarixi torpaqlarımıza qovuşacağıq”.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

