Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş mərasim keçirilir

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş mərasim keçirilir

15.05.2024 [13:58]

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30