Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb YENİLƏNİB
16.05.2024 [17:22]
Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası mayın 16-da Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb.
Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub. Xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.
Təqdimat mərasimində çıxış edən “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, ilk növbədə, Ermənistanın coğrafi baxımdan Azərbaycan ərazisindən keçən Kür və Araz çaylarının yuxarı hövzəsində yerləşməsinə diqqət çəkərək deyib: “Kür və Araz çaylarının yuxarı və orta axın hissələrindəki qolları olan Pəmbək (Debed), Abarançay, Zəngiçay, Vediçay, Arpaçay, Mığrıçay, Oxçuçay və Bazarçay hövzələrində Ermənistanın mədən sənayesi işləri Azərbaycanın ekologiyasına zərbə vurur. Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazilərdə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə alsın”.
“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, Ermənistan hökuməti və bu ölkədə dağ-mədən işləri görən xarici şirkətlər həyata keçirdikləri işlərə dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini təqdim etmir, gizlədirlər. “Biz bu sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edirik. “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritədə müəssisələrin necə yerləşməsinə baxmaq kifayətdir ki, problemin qlobal miqyası aydın olsun”, - deyə o əlavə edib.
Geologiya və Geofizika İnstitutunun Dinamik geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin ərsəyə gətirdiyi kartoqrafik əsəri yüksək qiymətləndirərək deyib ki, xəritə materialın zənginliyi ilə səciyyələnir və əhəmiyyətli məlumat bazasıdır.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin geoloji məsələlər üzrə müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev diqqətə çatdırıb ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən müəssisələrindən atılan zərərli kimyəvi maddələr transsərhəd sularla axıdılaraq Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə tökülür. Bu isə ekoloji fəsadların miqyasını daha da artırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyi sədrinin müavini Amin Məmmədov Ermənistan hökumətindən tələb edib ki, Cənubi Qafqazda ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açsın. “Biz Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edirik. Ermənistan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmalı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir”, - deyə o vurğulayıb.
Tarix və Etnologiya İnstitutunun elmi işçisi Nazim Mustafa hər 3 dildəki xəritələrdə adların milli toponimlərlə göstərilməsini yüksək qiymətləndirib. O bildirib: “Xəritənin erməni dilində olması Ermənistan ictimaiyyətinin də gözünü açacaq. Onlar necə aldadıldıqlarının fərqinə varacaqlar”.
Qeyd edək ki, Azərbaycan QHT-lərinin son vaxtlar nümunəvi işləri ilə daha çox seçilməsi diqqət çəkir.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bu barədə deyib: “Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır”.
Dövlətimizin başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli praktikadan əl çəkməyə çağıraraq bildirmişdi: “Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçuçayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq” (https://president.az/az/articles/view/60429).
Bakı Biznes Mərkəzinə toplaşmış QHT-lər Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.
“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.
Qeyd edək ki, xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli Atlası”nı, "Cənubi Qafqaz. 1903-cü il", “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

