Təbiəti qoruyaq...
22.05.2024 [11:16]
22 may Beynəlxalq Biomüxtəliflik Günüdür
Qlobal dünyada cərəyan edən bəzi proseslər təbiətə, xüsusilə biomüxtəlifliyə mühüm zərbə vurur. Son zamanlar yer üzündə bioloji müxtəlifliyin sürətlə azalması problemin daha da aktuallaşmasına səbəb olub. Məlumdur ki, bəzi bitkilər, heyvanlar və meşələr Yer üzündən silinmək təhlükəsi yaşayır. Bir milyon flora və fauna növü yox olmağın bir addımlığındadır - son 20 ildə gərgin səylərə baxmayaraq, planetin biomüxtəlifliyi azalmaqda davam edir və ekoloji tarazlıq sürətlə dəyişməkdədir.
Ekoloji sistemin təqribən 60 faizi deqradasiyaya uğrayıb və ya ehtiyatsız istifadə olunur. Bu da biomüxtəlifliyin itirilməsinə və növbəti 50 ildə daha da pisləşə biləcək ağır nəticələrə gətirib çıxara bilər. Planetdə həyatın müxtəlifliyinin qorunması uğrunda mübarizə aparmağın əsas yollarından biri isə nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması, təbiətə göstərilən qayğıdır.
Bu gün - 22 may Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.
Son hesablamalara görə, təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər biomüxtəlifliyin azalması sürətinin qarşısını almaq məqsədi əldən çıxa bilər. Bu məqsəd 2022-ci ilin dekabrında keçirilən BMT-nin biomüxtəliflik sammitinin əsas mövzularından biri olub.
Biomüxtəliflik nədir və nə üçün vacibdir?
Biomüxtəliflik Yerdəki həyatın müxtəlifliyi üçün vacibdir. Bura heyvanlar, bitkilər, göbələklər və bakteriyalar kimi mikroorqanizmlər daxildir. Heyvanlar və bitkilər insanlara yaşamaq üçün lazım olan hər şeyi verir - bunlara şirin su, qida və dərmanlar daxildir.
Ancaq bunun üçün heyvan və bitki müxtəlifliyinin birlikdə işləməsi lazımdır. Bitkilər təbii mühitin sağlamlığı üçün də çox vacibdir. Eyni zamanda bitkilər havanın təmizlənməsi, yüksələn temperaturun sabitləşdirilməsində və iqlim dəyişikliyindən qorunmada əsaslı rol oynayır.
Biomüxtəlifliyə ən böyük təhlükələr hansılardır?
2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Yetkin meşələrin formalaşması yüzlərlə, hətta minlərlə il çəkə bilər. Ehtimal edilir ki, bu, biomüxtəlifliyə böyük təzyiq yaradır. Dünya Vəhşi Təbiət Fondu (WWF) Yer kürəsində biomüxtəlifliyin itirildiyini izah edir. İtkilərin ən çox olduğu yerlər Latın Amerikası və Karib hövzəsi hesab edilir. 1970-ci ildən bəri burada heyvanların sayı 94 faizə qədər azalıb. Bu azalmanın ən böyük səbəblərindən biri də onların yaşayış yerlərinin məhv olmasıdır.
Londondakı Təbiət Tarixi Muzeyinin məlumatına görə, Böyük Britaniya Avropada təbii mühitin ən çox tənəzzülə uğradığı ölkələr sırasındadır. Böyük Britaniya 10 faiz azalma ilə qlobal miqyasda geri qalır.
2025-ci ilə qədər...
BMT xəbərdarlıq edir ki, iqlim dəyişikliyinin artan təsirləri ilə mübarizə heyvanlar və bitkilər üçün getdikcə çətinləşir. Paris İqlim Müqaviləsinə görə, qlobal istiləşmə 2 dərəcədən aşağı saxlanılmalı, hədəf isə 1,5 dərəcə olmalı idi. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatına görə, 2025-ci ilə qədər dünyanın sənayedən əvvəlki səviyyədən 1,5°C yuxarı istiləşməsi ehtimalı 40 faiz təşkil edir.
Azərbaycanda biomüxtəliflik...
Respublikamız Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənib. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ vəyarımnövü yaşayır. Azərbaycanın həşəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir.
Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də bu sahədə bir sıra problemlər də var. Belə ki, bu gün Xəzərdə biomüxtəlifliyin azalmasında əsas səbəb kimi iqlim dəyişikliyi göstərilir.
Göründüyü kimi, bioloji müxtəliflik dedikdə bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi nəzərdə tutulur. Bu da o deməkdir ki, təbiətdə biomüxtəlifliyin qorunması insanlar üçün daha vacibdir. Bunun üçün təbiətlə düzgün davranmalı, onu sevməliyik...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

