Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Prezident: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

06.06.2024 [15:35]

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib.

Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük”.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30