Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ŞKTC-nin dövlət başçısı ölkəsinin TDT-yə üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib

ŞKTC-nin dövlət başçısı ölkəsinin TDT-yə üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib

07.06.2024 [22:02]

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. 

AZƏRTAC xəbər verir ki, dövlət başçımızın buna dair səsləndirdiyi fikirləri xatırladan Ersin Tatar deyib: “Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr Türk xalqı üçün olduqca vacib və dəyərlidir”. 

Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti-Şimali Kiprin hər sahədə Türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ersin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edərək deyib: “Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.

Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30