Azərbaycan Türk Birliyi üçün aparıcı faktora çevrilir
10.06.2024 [22:29]
Bu gün Azərbaycan türkdilli ölkələr arasında iqtisadi, siyasi və mədəni baxımından sözün əsl mənasında körpü rolunu oynayır. Dövlət başçımızın son illər ərzində türk dövlətlərinə ardıcıl səfərləri və türkdilli ölkə liderlərinin də Azərbaycana qarşılıqlı səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını daha da sürətləndirir. Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı bildirib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Sitat: “Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq."
Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Dövlət başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı ki, Liderlərin Şuşadakı Zirvə görüşü bu birliyi daha da möhkəmləndirəcək.
Hər kəsə məlumdur ki, hazırda Azərbaycan iqtisadi baxımdan türkdilli ölkələr arasında mühüm loqistika qovşağı və iqtisadi lokomotiv funksiyasını icra edir. Bu, ilk növbədə enerji imkanlarımız və neft-qaz ehtiyatlarmızla sıx bağlıdır. Bu sadaladıqlarımız həm də türkdilli ölkələrlə möhkəm iqtisadi tərəfdaşlığımız üçün mühüm zəmindir. Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək.
Bundan başqa, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər də fəal iştirak edirlər. Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləridir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.
Görünən odur ki, Azərbaycan bu gün türkdilli ölkələr arasında etibarlı əlaqə və tərəfdaşlıq qurmaq baxımından öz üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirir. Həm iqtisadi baxımdan, həm də siyasi baxımdan. Şuşada keçiriləcək qeyri-rəsmi zirvə toplantısında türk dövlətləri liderlərinin görüşləri və qəbul ediləcək qərarlar çox önəmli olacaq. Bütün bunlar Azərbaycanın, Türkiyənin və başqa türk dövlətlərinin birgə əməyi sayəsində gerçəkləşir. Artıq Türk Dövlətləri Təşkilatı müstəqil böyük bir gücə çevrilir. Bu isə həm dünya siyasətində, həm də bölgədəki proseslərdə türkdilli ölkələr faktorunu önəmli aktora çevirir. Unutmayaq ki, Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı söylədikləri əbədiyyən mövcud olacaq Türk dünyasının yeni yol xəritəsidir. Prezident İlham Əliyev çıxışında Ermənistanla bağlı məsələləri bir daha gündəliyə gətirdi və aydın olaraq bildirdi ki, əgər Ermənistan və ondan ötrü zəng edib xahiş edən dövlətlər regionda sülh istəyirlərsə, Ermənistan Konstitusiyasında mütləq dəyişiklik etməlidir. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan əsassız ərazi iddiaları çıxarılmalıdır. Revanşizmə son qoyulmalıdır. Ermənistan Konstitusiyasındakı dəyişikliklər regionda gələcəkdə möhkəm sülhün təməlini qoyar.
Beləliklə, Prezident İlham Əliyevin görüşdə söylədikləri fikirlər prinsipial əhəmiyyət daşıyır. Həm regionumuzun, həm də Türk dünyasının gələcəyinə işıq tutur.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

