Çox yaşa, Barış Manço!
13.06.2024 [11:22]
Murad Köhnəqala
İkinci Dünya müharibəsinin ortalarında, 1943-cü ildə İstanbulun Üsküdar məhəlləsində Konyalı Karamanço tayfasına məxsus ailədə bir oğlan uşağı dünyaya gəlir. Müharibənin bitməsini arzulayan ata övladının adını Barış qoyur. Barışın üç yaşı olanda valideynləri ayrılır.
Oğlan atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi olan anasıyla tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun da canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdə musiqi ilə maraqlanmağa başlayır.
Üzü Avropaya
Bu maraq onu Belçika Kral Akademiyasına aparır. Barış akademiyada təhsil almaq üçün Belçikada yaşayan böyük qardaşı Savaşın (1941-ci ildə dünyaya gəldiyinə görə atası ona bu adı verib) yanına gedir. O burada rəsm, qrafika, memarlıq sənətini öyrənməklə yanaşı, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir.
Barış hələ Belçikaya gedərkən yolüstü Parisə dönmüş, tanınmış müğənni Henri Salvadorla görüşərək, Fransada yaşamaq və musiqi sahəsində çalışmaq arzusunu bildirmişdi. Onun fransız dilində zəif danışdığını bəhanə gətirən məşhur müğənni bu türk balasını başından eləmişdi.
...Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır.
Bir gün fransız radiosu Barışı pop musiqi məzmunlu bir proqramına dəvət edir. O öz mahnılarını radio vasitəsilə yayımlayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.
İstanbula qayıdış
Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış İstanbula dönür.
Biz Barışı yenicə tanımağa başlayanda onun mahnıları artıq hitə çevrilmişdi. Uzun saçlı, qalın bığlı, dərviş çuxalı, çarıqlı, qolbaqlı Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni melodiya altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun ənənəvi olmayan imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə Barışın həyatı dəfələrlə təhlükə altında qalıb, onun sənətçi dostlarıyla getdiyi xüsusi avtobusu ayrı-ayrı illərdə iki dəfə partladıblar. Sui-qəsdlər uğursuz olduğuna görə onlar salamat qurtara bilmişdilər.
Birgə yaşadığı qadınlar
Barış həyatında üç qadınla duruş gətirə bilib. Birgə yaşadığı ilk xanımla təsadüfən tapışıb. Belçikada qardaşıgildə qalanda kiməsə zəng vurmalı olur. Evdə telefon işləmədiyinə görə Barış yuxarı mərtəbədəki qonşunun qapısını döyür. Qapını onun üzünə gözəl bir xanım açır. Gənc xanımın gözəlliyindən özünü itirən Barış qapı ağzında bir xeyli dayanıb ona tamaşa eləyir. Həmin evdə qonaq olan, türk dilini bilən belçikalı gözəl Maria Klaudi gülərək onu içəri dəvət edir. Zəng elədikdən sonra Barış ilk dəfə gördüyü Mariadan soruşur: “Məni sevərsənmi?” Maria saçlarını gözünün üstündən kənara ataraq deyir: “Əlbəttə!” Beləcə, əl-ələ verib altı aya yaxın birgə yaşayandan sonra ayrılırlar. Bu ayrılığın səbəbi indi də sirr olaraq qalır.
Bir neçə il sonra Barış Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur.
Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir.
“Gülpəmbə”nin sirri
Bu iki oğlan uşağının arasında onların bir qızı da dünyaya gəlibmiş. Qızcığaz cəmi bir neçə ay yaşayıb. Barış onun adını Gülpəmbə qoyubmuş. “Gülpəmbə” mahnısındakı yanğı da bundan imiş! Barış uzun saçlarının ağardığı zamanlarda da “Gülpəmbə”ni ağlaya-ağlaya oxuyurdu:
Sən gülüncə güllər açır, Gülpəmbə
Bülbüllər həp səni söylər,
Biz dinlərdik, Gülpəmbə.
...Güz yağmurlarıyla
Bir gün köçdün getdin,
İnanamadıq, Gülpəmbə.
Bizim illər səssiz,
Bizim illər sənsiz olamadı, Gülpəmbə!
Dodağımda son bir türkü
Hələ həp səni söylər,
Həp səni çağırar, Gülpəmbə!..
Bayaq bu mahnıya yenidən qulaq asdım. Barmaqlarında iri üzüklər, biləklərində qolbağılar, uzun saçları ağarmış, üzü qırışmış Barış yenə o məsum qızını ipək səsiylə əzizləyirdi: “Gülpəmbəəə!”
Qızı dünyaya gələndə Barışın bir ata kimi nə qədər sevindiyini səsindəki kədərin dərinliyindən, musiqinin gözəlliyindən duymaq olur...
Dərviş Barış
Bəli, Barış dərviş idi, Türkiyəni, türkləri, bütün insanları sevirdi. Barış ən kiçik bir insanın xatirəsini belə gözəl nəğməyə çevirə bilirdi. Şeirləri özü yazır, musiqini özü bəstələyir, nəğmələrini özü oxuyurdu...
Barış Man?onu dünyanın hər yerində sevirdilər. Avropada onu dinləməyə gələnlər konsert zallarına, stadionlara sığmır, aşıb-daşırdı. Barış Yaponiyaya səfər edəndə yapon uşaqları sevindiklərindən bayram libası geyinirdilər.
Onun oxuduğu nəğmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırdı. Bu iki fərqli mədəniyyəti yalnız Barış barışdıra bilirdi. Onun şərqilərindən təkcə insanlara deyil, hətta heyvanlara da, bütövlükdə təbiətə, kainata sevgi saçılırdı.
Eşşəyin arkadaşı
Barış öz nəğməsiylə kənddən şəhərə getmiş gəncin adından kənddəki eşşəyə məktub göndərir. Sən demə, bu gənc özü ulaqdan məktub gözləyirmiş. Ona görə sevimli eşşəyinə “unutdunmu məni?” yazır. Məktubunda həyətdəki heyvanların da halını soruşur:
Çilli xoruz kedilərlə savaşıyormu,
Oğlaqlarla quzular sevişiyormu?..
Barış eşşəyi “arkadaşım” deyə səsləyir. Əslində, Barış Man?o gördüyü hər şeylə - əşyalarla, ağaclarla, bitkilərlə, heyvanlarla, böcəklərlə danışa bilir. Dağlara “Qurban olum!” deyə üz tutub oxuyur:
Dağlar, dağlar!
Qurban olum, yol ver keçim,
Sevdiyimi son bir anda
Yaxından görüm...
Ürəyi istəyəndə şəhər küçəsinin ritmini öz nəğmələrinə calayır. Küçə alverçisinin bağırtısına, söz düzümünə musiqi bəstələyir: “Domates, bibər, patlıcan!”
Barış sevgi-ayrılıq haqqında oxuyanda istənilən adamın xatirəsi vərəqlənir:
Qurumuş bir çiçək buldum
Məktubların arasından,
Bir tək onu saxlayıram,
Onu da çox görmə mənə...
Bu nəğmədə “unut məni!” deyib məktublarını, şəkillərini geri istəyən sevdiyinə dərvişanə cavab verir:
Mən nasıl unudurum səni
Can bədəndən çıxmayınca?..
“Qol düymələri” nəğməsində bir gözəlin nə vaxtsa ona bağışladığı bir cüt qol düyməsindən söz açır. Sevdiyi insanın hədiyyəsindən kədərli bir xatirə danışır. Sevənləri qovuşdurmaq arzusuyla köynəyin qollarında ayrı düşən düymələri axşamlar birləşdirərək bir qutuya qoyur:
İki kiçik qol düymesi
Böyük bir eşq hekayesi...
Həm də hədiyyəni aldığı günü bütün detalları ilə necə xatırlayır:
Xatırlaram bu gün kimi
Səssiz keçən son gecəni,
Başın önə əyik bir suçlu kimi
Mənə verdiyin hədiyyəni...
Barış şair idi, bəstəçi idi, gəzərgi dərviş idi. Üstəlik, həm uşaqlar, həm də böyüklər üçün mədəni-əyləncə proqramı olan “7-dən 77-yə” adlı son dərəcə maraqlı bir verilişin yaradıcısı və aparıcısı idi. Barış “Milliyyət” qəzetində “Oku bakalım!” rubrikası altında gündəlik həyatdan yazılar yazırdı. Barış həm də bugünkü ev-muzeyini zənginləşdirən əntiq əşyalar toplayırdı...
Ölümlərin ən gözəli
Barışın qəfil ölümü hamımızı sarsıtdı. Bu gözlən??məz ölümün səbəbi kimi sevgilisi ilə oteldə qalarkən onun yüksək dozada dərman qəbul etdiyi şayiəsi yayıldı.
Mən o zaman ağlayan yaşda deyildim, lakin sevdiyim sənətkarın ölüm xəbərini eşidəndə bütün günü göz yaşlarımı quruda bilmədim. Barışın ölümünə mənimlə birgə ağlamaq üçün 80-ci illərin tələbəlik yoldaşı, tatar dostum Sergey Qəniyev Moskvadan zəng eləmişdi. Biz telefonda səs-səsə verib xeyli hönkürdük.
Barış Mançonun dəfn mərasimini televizordan izləyirdim. Bu böyük insanı son mənzilə yola salan izdiham ölümün acığına əl çalırdı. Türkiyənin al bayrağına bükülmüş, güllərə bələnmiş cənazə bütün yol boyu alqışlanırdı. Yəni gözəl yaşadın, Barış Manço, çox yaşa!
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

