/ / Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır
Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır
15.06.2024 [11:35]
Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu, Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.
Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir.
Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycan xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.
“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak edib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

