Ekoloji hüquqpozmalarla bağlı 4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib
24.06.2024 [11:21]
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfransda deyib.
O bildirib ki, prokurorluq bu reallıqlara uyğun fəaliyyət göstərməlidir: “Azərbaycan Respublikası Baş Prokurorluğunda və yerlərdə ekoloji hüquqpozmalara qarşı mübarizə, maarifləndirmə və həmin qəbildən pozuntuların qarşısının alınması məqsədilə dərin ixtisaslaşma işi aparılıb. 2020-ci ildə təsis olunan Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən indiyədək 701 cinayət xarakterli məlumat araşdırılıb, 407 cinayət işi başlanılıb. 4 milyon 193 min 168 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılan icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla bağlıdır. Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun tələblərinə əsasən, idarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib.
Qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı Baş Prokurorluq maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan ECOLEAD platforması yaratmağı formalaşdırır. Biz bu layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti və bu sahədə fəal olan qeyri-hökumət təşkilatları ilə həyata keçiririk.
ECOLEAD platformasının məqsədi maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkili və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir”.
Baş prokuror deyib ki, həmin platforma işinin əsasını “ECOLAB”, “Ecoclinic” və “CərimƏ Parkı - təbiətin qisası” komponentlər təşkil etməklə prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və QHT-lərin birgə səyləri nəticəsində ətraf mühit əleyhinə cinayətlərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, bu zaman toplanmış bilik və məlumatların paylaşılmasına yönəlir: “Vahid istiqamətdə fəaliyyət göstərəcək peşəkarlar üçün formalaşan ECOLEAD platforması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin daha yaxşı həlli üçün tədqiqat ehtiyaclarını, ekoloji pozuntuların qarşısının alınması və həllinə maraqlı tərəflərin cəlb olunmasını, ekoloji sahədə peşəkarlararası dialoqun təkmilləşdirilməsinə xidmət edəcək".
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18

