/ / Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır
Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır
01.07.2024 [12:45]
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanına əsasən 2 İyul - Azərbaycan Polisi Günü elan edilib. Həmin vaxtdan başlayaraq, hər il ölkəmizdə iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə 1918-ci il iyulun 2-də yaradılan Polis bölüyü 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Bu gün asayişin, milli təhlükəsizliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, eləcə də torpaqlarımızın işğaldan azad edilməsində polisin əməyi yüksək qiymətə layiqdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, 1918-ci il mayın 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi də yaradılıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. 1941-1945-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, igidlik göstərərək orden və medallara layiq görülmüşdü. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi illər ərzində istər daxili münaqişələr, istərsə də torpaqlarımızı hissə-hissə işğal edən erməni faşistləri ilə müharibədə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də polislərimiz daim ön sıralarda olmuş, sinələrini düşmənə sipər edərək şəhidlik zirvəsinə ucalmışlar. Daxili işlər orqanlarının əməkdaşları arasında “Milli Qəhrəman” fəxri adına layiq görünənlər, “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif edilənlər var. Bütövlükdə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti düşmənlə mərdliklə mübarizə aparmış, 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Komitə sədri əlavə edib ki, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən bir günlük antiterror tədbirləri zamanı polislərimizin hərbçilərimizlə və digər xüsusi xidmət orqanlarının əməkdaşları ilə birlikdə fədakarcasına döyüşməsini, hətta şəhid olmalarını yad etməmək mümkün deyil.
Ç.Qənizadə Prezident İlham Əliyevin hər zaman polisin əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və dövlətimizin başçısının fikirlərini xatırladıb: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”. Bu müdrik ifadələr Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların işinə yeni stimul verir.
Tanınmış hüquqşünas deyib ki, soyuqda, küləkdə, qarda, yağışda, şaxtada və isti havada küçələrdə növbə çəkən və təhlükəsizliyimizi qoruyan minlərlə polisimiz hər birimizin fəxridir. Onlar özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq vətəndaşların təhlükəsizliyini qoruyurlar. Belə şərəfli bir missiyanı yerinə yetirənlərə böhtan atmaq, onlara təzyiq göstərmək, təhqir etmək, vəhşicəsinə qətlə yetirmək bağışlanılmaz çirkin əməllərdir. Polislər də bizim balalarımız, qardaşlarımız, əzizlərimizdir. Bütün vasitələrlə şərəfli peşə sahiblərini qorumalıyıq. Bu günlərdə Xəzər rayonunun Şüvəlan qəsəbəsində üç polis əməkdaşının vəhşicəsinə qətlə yetirilməsi uşaqdan-böyüyə hamını sarsıtdı. Həmin polis əməkdaşları cəmiyyət üçün təhlükəli olan cinayətkarı zərərsizləşdirmək üçün gəlmişdilər. Lakin cinayətkarın polisləri odlu silahdan atəş açaraq qətlə yetirməsi insanlığa sığmayan dəhşətli hadisədir. Axı polis asayişi qoruyur, insanların rahat yaşamaları üçün gecəsini-gündüzünə qatır, yorulmadan fəaliyyət göstərir.
Hüquq müdafiəçisi bir neçə il əvvəl Gədəbəy rayonunda baş vermiş bir hadisəni də xatırladaraq deyib ki, həmin hadisələr zamanı kimlərsə tərəfindən öyrədilmiş adamların polisi təhqir etmələri, onlara daş atmaları hər birimizdə ikrah hissi oyatdı. Çünki polis həmin hadisələr zamanı asayişi qoruyur, əhalinin təhlükəsizliyini təmin edirdi. Belə bir vaxtda polisə kömək etmək əvəzinə, onlara təzyiq göstərmək ağılsızlıqdır. Prezident İlham Əliyev də bu hadisəni kəskin pisləmişdir: “Polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb... Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər”.
Ç.Qənizadə polisin çətin, ağır günlərdə də hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində dayandığını bildirərək deyib ki, respublikamızda ictimai-siyasi sabitliyin tam bərqərar olunmasında xüsusi xidmətləri olan Azərbaycan polisi həm də sabitliyin təmin edilməsinin onurğa sütunudur. Dünyanı lərzəyə salmış koronavirusun tüğyan etdiyi illərdə həkimlərimizlə yanaşı, polislərimiz də çox böyük fədakarlıq göstərdilər. Həmin vaxtlarda polislərimiz öz humanistliyindən də qalmadı, ciddi ehtiyacı olanlara, çətinliklərlə üzləşənlərə köməklərini əsirgəmədilər.
Tanınmış hüquqşünas deyib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının əməkdaşları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında xüsusi xidmətləri ilə seçilirlər: “Polislərimiz vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərilərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirlər. Qanunun aliliyini, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının əməkdaşları Vətənin müdafiəsində həmişəki kimi yenə də nümunə göstərəcək, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəklər. Bayramınız mübarək Azərbaycan polisi!”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

