Süni zəka quruculuğunda tərəfdaşlıq
05.07.2024 [10:32]
Çin peyk və orbit sınaqlarında Azərbaycana kosmik dəstək göstərəcək
“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb. Sənədin əsas məqsədi “Star.vision” tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də buraya daxildir.
Azərbaycanın müasir rəqəmsal dövlət quruculuğu konseptində süni intellekt texnika və texnologiyaların inkişafı əsas yerlərdən birini tutur. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Azərbaycanda süni intellekt platformasını qurmaqla son dövrlərdə bir çox sahələrdə tətbiqinə imkan verən arxitektura formalaşdırıb. İdman, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə ilk süni intellekt nümunələri uğurlu nəticələr verməklə bu sahənin inkişafında ümidverici zəmin yaradıb. Hazırda Elektron hökumət portalında “ASAN Login” üzərindən üz tanıma və sistemə giriş imkanın yaradılması da məhz süni zəkanın nəticəsidir.
SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavabverilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır. Müxtəlif tərəflərlə çalışır, araşdırmalar aparırıq. Dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər IV sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlıq qurulmaqdadır. Bu baxımdan təbii zəkanın proqramlaşdırılmış platformasının yaradılmasında ən qabaqcıl şirkətlərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan sənaye tərəfdaşları sırasında xüsusi mövqeyə və təcrübəyə malik Çinin innovativ şirkətləri ilə əməkdaşlığa önəm verir. Hazırda Çin süni intellekt modellərinin yaradılması və tətbirində, açıq data platformalarının qurulmasında dünya liderlərindən biridir. Çin hökuməti bir müddət əvvəl süni intellekt texnologiyalarını gücləndirmək məqsədilə yeni Fəaliyyət Planını açıqlayıb və hədəflər generativ süni intellekt, blokçeyn, bulud hesablamaları, kvant məlumatı, beyin-kompüter interfeysləri, yeni nəsil internet və metaverse kimi sahələrdə standartlaşdırma prosesinin gücləndirilməsindən ibarətdir. Bu proses texnoloji və iqtisadi inkişafı daha yaxşı idarə etmək və beynəlxalq təsirləri gücləndirmək məqsədi daşıyır və Çin 2027-ci ildən sonra texnoloji innovasiyaların və sosial-iqtisadi inkişafın idarə edilməsində süni zəka standartlarına görə, dünya liderinə çevrilmək iddiasındadır.
Çin həmçinin, kosmosda süni intellektin köməyilə peyki üzərində idarəetməni də ələ keçirməyi planlaşdırır və artıq ilkin eksperiment çərçivəsində süni intellekt vasitəsilə yer orbitindəki “Qimingxing 1” peyki üzərində nəzarət imkanları əldə olunub. Həmin texnologiyaların köməyi sayəsində Çin 24 saat ərzində kiçikölçülü yer müşahidə peykində heç bir əmr, təlimat və ya insan müdaxiləsi ilkin idarəetmə təcrübəsini inkişaf etdirməkdədir.
Bu baxımdan uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və yeni zəka və bulud texnologiyaları infrastrukturlarını daha da möhkəmləndirməyi hədəf seçən Azərbaycanın yeni sənaye prinsipləri Çinin prioritetləri ilə üst-üstə düşür. Xüsusilə də “Azərkosmos”un “Star.vision” şirkəti ilə əməkdaşlığı peyk və orbit sınaqları, yerin müşahidəsində rəqəmsal təşəbbüslərin birgə icrasında ölkəmizə yaxşı təcrübə qazandıracaq. Habelə, Çin şirkətlərinin mövcud potensialından və qarşıdakı illərdə meydana çıxacaq səka imkanlarından faydalanmaq, bu potensialdan tam şəkildə istifadə etmək ölkəmiz üçün dördünü sənayenin yeni modellərinin tətbiqində də əhəmiyyət daşıyır, Beləliklə,“Star.vision”la nəzərdə tutulan təlimlər və məqsədyönlü praktiki tədbirlərin təşkili isə yeni sənaye inqilabına irəliməkdə yeni cığırlardan biri hesab oluna bilər. Çin şirkətləri ilə süni intellekt və kosmik sənaye sahəsində sıx əməkdaşlıq təkcə innovasiya ekosisteminin inkişaf etdirilməsində, məhsuldarlığın artırılmasında və bütün iştirakçıların faydalana biləcəyi mühitin formalaşmasında ölkəmizə daha yüksək nəticələr əldə etməyə imkan verməklə yanaşı, regionun süni zəka mərkəzinə çevrilməsində də mühüm rol oynaya bilər.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43

