“Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi keçirilib
13.07.2024 [18:24]
İyulun 12-də Atatürk Mərkəzində “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov müasir Azərbaycan tarixinin bütöv bir mərhələsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Akademik qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ölkəmizin dünəni, bu günü və gələcəyi ilə birlikdə çəkilir. Azərbaycan var olduqca, Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər zaman böyük sevgi ilə yad ediləcək.
Akademik Nizami Cəfərov qeyd edib ki, Ulu Öndər haqqında saysız-hesabsız kitablar yazılıb və yazılmaqdadır. Onlardan biri də yazıçı-publisist Vəsimə İsmayılqızının ərsəyə gətirdiyi “Heydər Əliyevin vətən səfərləri” adlı çoxcildlik kitabıdır. Müəllif nəşrin üzərində uzun illər ərzində işləyib. Kitab Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanıb. Akademikin fikrincə, 3 seriyadan ibarət nəşrdə müəllif fərqli baxış ortaya qoyub.
Ulu Öndərin xalq və vətən qarşısında əvəzedilməz xidmətlərini qeyd edən yazıçı-publisist Vəsimə İsmayılqızı “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin ilk kitabının çapdan yeni çıxdığını diqqətə çatdırıb. Qeyd edib ki, ensiklopedik toplunun birinci kitabı Ulu Öndərin respublikaya rəhbərlik etdiyi birinci dövrü əhatə edir. Həmin dövrdə Heydər Əliyevin rayonlara səfərləri, Bakı şəhərində Mərkəzi Komitədən kənarda iştirak etdiyi tədbirlərlə bağlı materiallar öz əksini tapıb. Seriyaya daxil olan “Goranboyda izim qaldı”, “Beyləqanda izim qaldı”, “Şuşada izim qaldı” kitablarının hər birində rəhbərin bu rayonlara səfərləri haqqında geniş söhbət açılır.

“Silsilə kitabın ikincisi “Daxili səfərlər” seriyasından olan çoxcildlikdir. Bu cilddəki məqalələr Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin 20 illik dövrünü əhatə edir. Nəşrin birinci cildi dövlətimizin başçısının 2004-2006-cı illərdə ölkədaxili siyasi fəaliyyəti, bölgələrə səfərlərini özündə əks etdirir. 2006-2008-ci illəri əhatə edən ikinci cilddə isə Prezident İlham Əliyevin regionların inkişafı istiqamətində fəaliyyətindən bəhs olunur.
Seriyanın çapdan çıxan növbəti kitabı isə “Zəfər səfərləri” adlanır və bu nəşrdə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdən sonra 2020-2022-ci illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgələrə səfərləri ilə bağlı materiallar toplanıb. Bu cilddə ümumilikdə Zəfəri şərtləndirən amillərdən, dövlət-ordu-xalq birliyindən danışılır və dövlətimizin başçısının möhtəşəm Qələbəmizdən sonra regionlara səfərləri təfsilatı ilə verilir.
Nəşrdə, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətləri, o cümlədən sosial şəbəkələr vasitəsilə paylaşımları yer alıb”, - deyə müəllif diqqətə çatdırıb. Onun sözlərinə görə, çoxcildlik əhatəli yaddaş kitablarıdır. “Zəfər kitabı” seriyasından olan silsilə kitabların üçüncü nəşri Vətən müharibəsində qazandığımız Zəfərimiz haqqındadır. Bütün cildlər standart format və tərtibatda, həmçinin ensiklopedik toplu meyarlarına uyğun hazırlanıb.
Yazıçı-publisist Vəsimə İsmayılqızı çoxcildli nəşrin uzun müddət və zəhmət hesabına başa gəldiyini, eyni zamanda, bu işdən məmnunluq duyduğunu söyləyib.
Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, professor, tibb elmləri doktoru Fuad Sərdarlı, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ADA Universitetinin müəllimi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, kitabın redaktorlarından Əməkdar müəllim İsgəndər Səklikov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digərləri çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər. Vurğulayıblar ki, kitabı vərəqləyərkən Ulu Öndərin zəngin fəaliyyəti, Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlər, yürütdüyü uzaqgörən siyasət, Vətən müharibəsində Zəfərimiz və regionlarda görülən işlər göz önündə canlanır.
Qeyd edək ki, silsilə nəşrin məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, redaktoru şair Dilsuz Mustafayevdir.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

