Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Amerikalı ekspert: “Qanunvericilik orqanlarına seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin qorunmasının açarıdır”

Amerikalı ekspert: “Qanunvericilik orqanlarına seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin qorunmasının açarıdır”

17.08.2024 [11:02]

“Qarşıdan gələn Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində nəzarəti təmin etdikdən sonra ilk parlament seçkiləridir. Bu baxımdan parlament seçkiləri indiki və gələcək nəsillər üçün regional sabitlik və insan hüquqlarının müdafiəsi, həmçinin, Azərbaycanın suverenliyinin qorunması üçün vacibdir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib. 

O qeyd edib ki, Azərbaycan son iyirmi ildə böyük iqtisadi və sənaye inkişaf yolu keçib. 

“Parlament seçkiləri demokratik təsisatların necə fəaliyyət göstərməsinin əsl nümunəsidir. Bakı bütün dünyaya nümayiş etdirir ki, qanunvericilik orqanlarına seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin və azad seçkilərin qorunmasının açarıdır.

Azərbaycan Respublikası inkişaf etmiş dövlətə çevrilib, regionda və Avropada regional sabitliyin, iqtisadi tərəqqinin simvolu və institusional effektivliyin mənbəyidir. Demokratik prinsiplər, dini tolerantlıq və multikulturalizm Azərbaycanın çiçəklənən bir dövlət kimi formalaşması üçün əsas mənbələrdir”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30