Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclər üçün “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı həyata keçirilib.

Gənclər üçün “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı həyata keçirilib.

29.11.2024 [18:17]

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və PMO layihə və düşüncə məktəbinin təşkilatçılığı ilə həyata keçirilən “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı keçirilib. Proqramda 17-26 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edib.

Proqram çərçivəsində iştirakçılara  praktiki və nəzəri biliklər üzrə 4 moduldan ibarət təlim proqramı təqdim edilib. Proqrama uyğun olaraq layihələrin idarəedilməsinin əsasları, nizamnamə, kommunikasiya, maraqlı tərəflər, məzmun, resurslar, vaxt cədvəli, büdcə, satınalma, risk, keyfiyyət mövzuları əsasında təlimlər keçirilib.

İştirakçılar proqramın sonunda 5 ayrı komanda şəklində layihələrini təqdim ediblər. Komanda üzvlərinin layihələri münsiflər heyəti tərəfindən dəyərləndirilərək müxtəlif meyarlar üzərindən qiymətləndirilib. Proqramın sonunda iştirakçılar sertifikatla təltif edilib.

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31