İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
22.12.2024 [19:14]
İstanbulda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi əsasında keçirilən silsilə tədbirlər çərçivəsində, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), eləcə də İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə Rəssamlar İttifaqının üzvləri, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, o cümlədən dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus Qarabağ Zəfərinə həsr edilmiş “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçaları, teatr birliyi sədrinin müavini Lətafət Rəfiq, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəssamı Taryel Əlizadə, eləcə də əl işləri sənətçisi Fatimə Abdalın əsərləri nümayiş etdirilib.

Bədii hissədə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin solisti, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin musiqi departamentinin rəhbəri Vüsalə Əsgərova, mərkəzin qadın qolları departamentinin rəhbəri Nazlı Bağırova, solist Elena Qolovina, aşıq Rəna Quliyeva, eləcə də "Günəş" xor və rəqs kollektivinin musiqi nömrələri nümayiş etdirilib.
Proqramda çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, bu qurumun beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, TADEF-in sədrinin müavini Pərviz Məmmədzadə və digərləri Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış proqramı haqqında danışıb, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı keçmiş və gələcək layihələrin daha yüksək səviyyədə həyata keçirilməsi, saylarının artırılması barədə işlər haqqında məlumat veriblər.
İştirakçılara 1990-cı illərdə öz yurd-yuvalarından məcburi didərgin salınan, hazırda doğma torpaqlarına qayıdan həmvətənlərimizə Azərbaycan dövləti tərəfindən göstərilən qayğı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilib, xüsusi videoçarxlar nümayiş olunub.
Tədbirlə bağlı fikirlərini AZƏRTAC-la bölüşən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri, aktrisa Kəmalə Kamal Cabbarova Türkiyədə fəaliyyət göstərdiyi dövr ərzində teatr birliyinin İstanbulda müxtəlif tədbirlər, sərgilər, teatr tamaşaları, konsertlər təşkil etdiyini xatırladıb.
“On ildir Azərbaycanla Türkiyə arasındakı mədəni körpülərə işıq salan “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi artıq daha geniş ictimaiyyət tərəfindən tanınır və sevilir. Birliyimiz tərəfindən keçirilən tədbirlər və məlumatlandırıcı xarakter daşıyan işlərin əsas hədəfi isə Azərbaycan mədəniyyətinin bütün sahələrini, eləcə də tariximizi Türkiyə ilə yanaşı, türk dövlətlərində və bütün dünyada tanıtmaqdır”, - deyə o bildirib.
Xatırladaq ki, ötən il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladıqları “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən XX “Beynəlxalq Egey Art” qısa film festivalının mükafatına layiq görülüb.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

