Tarixçi alim Prezidentə MÜRACİƏT ETDİ - FOTO
12.03.2025 [17:45]
Tarix elmləri doktoru, professor, əməkdar jurnalist Qafar Cəbiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olan Qəbələnin 2500 illiyinin qeyd olunmasına dair müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də hərbi-siyasi həyatında çox mühüm rol oynayan Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsrdə yaşamış roma tarixçisi Böyük Plininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində isə “Xabala” kimi adı çəkilən Qəbələ orta əsr mənbələrində də tez-tez xatırlanır.
70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları indiki Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. 1926-cı ildən başlayaraq orada arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edir.
Çoxillik və genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində qədim paytaxt şəhərimizin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Hansı ki, bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm elmi əhəmiyyət kəsb edir.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda hərbi birləşmələrinin Albaniyaya olan yürüşləri və ərazidə baş vermiş ağır hərbi toqquşmalar zamanı da Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara baxmayaraq, şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Əfsuslar olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu illərdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarlarındakı bürclərdən bir neçəsi rus hərbiçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokalasiya stansiyası tikilərkən isə milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksək gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər qalıqları ərazisindən keçməsi layihələşdirilib. Arxeoloq alimlərin ciddi etirazına baxmayaraq hərbiçilər tərəfindən abidə ərazisinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntı qarşısında qalıb. Lakin Ümummilli lider Heydər Əliyev Qəbələ ətrafında baş verənləri çox operativ şəkildə, həm də dərindən araşdıraraq məsələni Azərbaycan KP MK bürosunun müzakirəsinə çıxarıb, cavabdeh şəxslər ciddi surətdə cəzalandırılıb, respublika hökumətinin qərarı ilə qədim paytaxt şəhərimizin ərazisi Dövlət qoruğu elan olunub. Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə Qara çay və Covurlu çaylarının kənarları boyunca beton bəndlər tikilib. Ulu öndərin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.
Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə hökm sürən xaos və hərcmərclik şəraitində Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırılıb və yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orada yenidən geniş miqyaslı elmi axtarışlara start verilib. Minnətdarlıq hissi ilə bildiririk ki, bu gün qədim paytaxt şəhərimiz olan Qəbələ bir növ Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib.
Möhtərəm cənab Prezident ! 22 sentyabr 2014-cü il tarixdə məhz Sizin xeyir-duanızla açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərməkdədir. Qəbələ beynəlxalq hava limanının istifadəyə verilməsi, qədim ipək yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturunun mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edibdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm məkanı formalaşıb.
800 ildən artıq bir müddət ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın baş şəhəri-paytaxtı olmuş Qəbələ ən azı 2500 ildir ki, xalqımızın zəngin və şərəfli dövlətçilik tarixini özündə yaşadır. Hesab edirəm ki, indiki məqamda bu şərəfli tarixi əbədiləşdirmək, onu daha dərindən və hərtərəfli araşdırmaq naminə Qəbələnin 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması zamanın çağırışıdır. Bu, Qəbələnin timsalında Azərbaycanın qədim dövlətçilik tarixini, zəngin mədəni irsini və bu günkü dinamik inkişafını növbəti dəfə bütün dünyaya nümayiş etdirmək yolunda uğurlu bir addım olardı. Bu, həm də uzun illərdir ki, erməni cəmiyyətini, bütövlükdə dünyanın beyin mərkəzlərini Albaniya tarixinə dair özlərinin yalan, saxta və qərəzli uydurmaları ilə zəhərləməkdə olan üzdəniraq erməni təbliğatına və onların dəmtutanlarına tutarlı cavab olardı.
Zati-aliləri! Sizin iş qrafikinizin nə qədər gərgin olduğunu hər kəs çox yaxşı bilir. Bunu bildiyim halda heç istəməzdim ki, belə bir müraciətlə zati-alinizi narahat edim. Amma tam səmimi olaraq deməliyəm ki, daha müraciət edəcəyim ünvan qalmayıb. On beş ildir ki, bu məsələ ilə bağlı bütün sənədlər paketini şəxsən özüm hazırlayaraq AMEA strukturlarına, ölkənin aidiyyəti digər rəsmi qurumlarına təkrar-təkrar təqdim etsəm də, hələlik nəinki nəticə, heç reaksiya da yoxdur. Təəssüflə bildirirəm ki, bu məsələ ilə bağlı mənim rəsmi orqanlara ünvanladığım müraciətlər adətən münasibət bildirmək məqsədilə AMEA-ya göndərilir. Orada isə Qəbələnin yolunu tanımayan, abidədən xəbəri belə olmayan, onun dövlətçilik tariximizdəki yeri və rolu barədə anlayışı olmayan, əksər hallarda isə ümumiyyətlə, Albaniya tarixi üzrə mütəxəssis olmayan şəxslər tərəfindən ötəri və başdansovdu cavablar yazılaraq arxivə tullanılıb. Bu adamlar nəzərə almırlar ki, axı mən 40 ildən çoxdur ki, davamlı olaraq Qəbələdə arxeoloji tədqiqat aparıram. Artıq on ilə yaxındır ki, Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəriyəm.
Möhtərəm cənab Prezident! Nə qədər acınacaqlı olsa belə real mənzərə məhz bu cürdür. Doğrusu, həmin dairələrin dövlətçilik tariximizə bu dərəcədə soyuq və biganə münasibəti şüurlu ömrünün böyük bir hissəsini Albaniya tarixinin özəyi hesab edilən Qəbələnin tarixi-arxeoloji tədqiqinə həsr etmiş bir alim olaraq məni çox qayğılandırır. Odur ki, ümid Sizə və tarixin-mədəni irsimizin himayədarı olan çox hörmətli Mehriban xanım Əliyevayadır! İnanın səmimiyyətimə, Sizin ədalətinizə, həssasiyyətinizə və qətiyyətinizə güvənərək nəhayət, bu məktubu yazmaq qərarına gəldim. İnanıram ki, məhz Sizin xeyir-duanızla Azərbaycan özünün şanlı dövlətçilik tarixinin çox mühüm səhifəsi olan Qəbələ şəhərinin 2500 illik yubileyini qeyd edəcəkdir.
Dərin ehtiramla: Qafar Cəbiyev
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor.
Bakı şəhəri, 12 mart 2025-ci il.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

