"Eni ilə uzunu bir olan kəndli arvad" və politoloqun “siması”
29.07.2025 [16:10]
Politoloq Zərdüşt Əlizadə müxtəlif zamanlarda səsləndirdiyi fikirlərlə gündəmdə qalmağa çalışıb. Bir sözlə, xalqımızın ziyalıları, bir çox siyasi xadimləri barəsində səsləndirdiyi qərəzli fikirlərlə də məşhurdur. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində Zərdüşt Əlizadəyə münasibət heç vaxt birmənalı olmayıb. Rusdilli paytaxt elitasının sevimlisi olan Zərdüşt Əlizadəni millətçi kəsim heç vaxt qəbul etməyib. Liberal kəsimin də sabiq sosial-demokrata münasibəti birmənalı olmayıb desək yanılmarıq…
Politoloq “İkinci Respublikanın Sonu” adlı 792 səhifəlik kitabında müxtəlif tarixi hadisələrdən, bir çox siyasi xadimlərdən söz açıb. Həmin şəxslərdən biri də siyasi xadim, Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan sabiq xarici işlər və baş naziri Həsən Həsənovdur. Əlizadə Həsən Həsənovla bağlı “xatirə”lərində şəxsi mövqeyini ortaya qoyub, ancaq kitabın sabiq nazirlə bağlı hissəsini oxuduqda əslində politoloqun nə qədər qərəzli fikir sərgilədiyinin şahidi oluruq.
Z.Əlizadənin sabiq nazir barədə fikirlərinə diqqət edək:
“Həsən müəllim Brejnev dövrünün nümunəvi partokratı idi. Yəni gözə kül üfürmək, gerçəkliyi görüntü ilə əvəzləmək sayəsində yuxarıya dırmaşmaqda pərgar idi. İnsaf xatirinə etiraf etməliyik ki, bu əsas karyera işi ilə məşğul olanda yolüstü xalq üçün faydalı işlər də görürdü. Məsələn, Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi işləyərkən şəhərdə gur mənzil tikinti işlərini təşkil etdiyinə görə gəncəlilər ona fəxri sayılası “Kərpic Həsən” ayaması qoşmuşdular. Mən bu adı çox müsbət sayıram, çünki gəncəlilərin həmin vəzifədə işləmiş Vəzirova qoşduqları ayama milli meyarlarla müsbət sayıla bilməzdi. Məsələ ondadır ki, Vəzirov Gəncədə işə başlayandan sonra onun yəhudi əsilli xanımı darıxmağa başlayır, zira xalqımızın mədəni əyləncə və istirahət saydığı yemək-içmək məclislərini, sağlıq demək, saz çalıb aşiq mahnıları, tar çalıb muğamat oxumasını mədəni istirahət növü kimi qəbul edə bilmirmiş. Biçarə Vəzirov xanımı darıxmasın deyə, onunla Gəncə hərbi qarnizonunun Zabitlər evinə gedib rus zabitlərinin qoşulur, xanımı ilə orada rəqs edirmiş. Bu isə gəncəlilərə kifayət edib ki, onun adını “Vals Rəhman” qoysunlar.
Lakin Həsən müəllimin görüntü yaratmaq sahəsində ən parlaq nailiyyəti Gəncədə Nizaminin ev-muzeyinin tikməsi ilə bağlı olub. Təzə birinci katib yerli kadrlardan soruşub ki, “turistlər bura gələndə siz onları Nizaminin ev-muzeyinə aparırsınızmı?” Deyiblər ki, “şəhərdə belə bir şey yoxdur”. Həsən müəllim təəccüblənib və göstəriş verib ki, “təcili bir dənə ev-muzey tikin!” Şəhər partiya komitəsinin işçiləri memarları yığıb onlara bir təhər nə istədiklərini izah ediblər, onlar da sadə bir komanın eskizini çəkiblər. İnşaatçılar sürətlə bu komanı tikiblər və katibi tapşırığın nəticəsinə baxmağa dəvət ediblər.
Bəli, katib gəlib dahi şairin elə özü kimi təvazökar komasına baxıb, sonra soruşub ki, şairin ayaqyolusu haradadır? Katibə balaca bir hücrəni və orada qazılmış çala üzərində bir dəliyi göstərib deyiblər ki, “Nizaminin tualeti buradadır”. Həsən müəllim hirslənib deyib ki, “Siz bizi turistlərin yanında biabır etmək istəyirsiniz? Təcili burada bir Çex unitazı qoyun!”.
Bəli, Nizami Gəncəvi üçün də bir dənə Çex “Cika” unitazı qoyurlar. Lakin, deyilənə görə, Həsən müəllimə gücü çatan daha yuxarı vəzifəli partiya işçisi bu sürrealistik süjetə son qoyur və Nizami Gəncəvinin ev-muzeyini ləğv edir.
Həsən Həsənov Azərbaycanın baş naziri işləyəndə mənim ərəbşünas dostum təzəcə müstəqil olmuş Azərbaycana ilk dəfə səfərə gəlmiş Küveyt əmirlərindən birini müşayiət etmişdi. Əmir Həsən müəllimlə danışıqlara başlayanda əs-səlamu-aleyk-dən sonra bizim baş nazir qonaqdan soruşur ki, “Küveyt nə üçün Azərbaycanla ticarət etmir?” Əmir deyir ki, “Küveyt yalnız neft satır, ehtiyacınız varsa, sizə də sata bilərik”. Həsən müəllim mətləbi tutmayıb deyir ki, “Yox lazım deyil, bizdə neft var. Amma kənd təsərrüfatı məhsullarını ala bilərik”. Əmir tövrünü pozmayaraq deyir ki, “Küveyt səhradır və bizdə kənd təsərrüfatı yoxdur”. Həsən müəllim ehtirasla deyir ki, “Bu, sizin böyük nöqsanınızdır. Bəs Küveyt Azərbaycana nə üçün dəmir yolu çəkməyib?”. Burada əmir öz hislərini cilovlaya bilməyin təəccübünü gizlətmədən soruşur: “Necə yəni dəmir yolu? Bizim aramızda dəniz var…”. Azərbaycanın baş naziri belə cavab verir ki, “Nə olsun ki, qatarı bərəyə yükləmək olar”.
Xülasə, dostum deyir ki, danışıqlardan çıxan Küvet əmiri mütrəcimə fikir vermədən öz nümayəndə heyətinin üzvlərinə “Bu bədbəxt xalq yazığım gəlir” demişdi”.
Zərdüşt Əlizadənin hər hansı bir ictimai-siyasi xadim barəsində şəxsi fikirlərini söyləməsini, öz mövqeyini ortaya qoymasını haradasa başa düşmək olar. Lakin kitabdakı “Akademiya mitinqləri” bölməsində toxunduğu məqamlara diqqət edəndə politoloqun bütün xarakteri, mahiyyəti, iç səsi və əsl siması gün üzünə çıxır:
“Yollandım Sabunçuya. Orada zalda Qərbi Azərbaycandan gəlmiş və təhər tövründən kəndistan əhli olduğu bilinən camaat yığışmışdı. Mən vətəndaşların öz hüquqlarından istifadə qətiyyəti barədə danışmağa başlayanda eni ilə uzunu bir olan kəndli arvad irəli çıxıb üstümə qışqırmağa başladı:
-Mən Ermənistanda ildə 250 min rubl qazanıram. Sənin Azərbaycan hökumətin bu qədər pulu qazanmağa mənə imkan verəcək?...”
Buradakı “Kəndistan əhli”, “Eni ilə uzunu bir olan kəndli arvad” ifadələri artıq Zərdüşt Əlizadə təhtəlşüurunu nədən ibarət olduğunu ortaya qoyur. Əlizadənin bu fikriləri, öz millətinin nümayəndələrini “Kəndistan əhli” adlandırması, onları aşağılaması, ən pisi isə bir Azərbaycan qadını barədə işlətdiyi ifadələr onun “sima”sını sübut edir.
Bütün bunlardan isə sadəcə bir qənaətə gəlmək mümkündür: Bəzən başqa düşmənə ehtiyac qalmır, içimizdəki düşmənlər elə bizə bəsdir. “Sapı özümüzdən olan baltalar” misalı da tam olaraq yerinə düşür…
P.S Məsələ ilə bağlı irəliləyən zamanlarda Həsən Həsənov və başqa şəxslərin mövqeyi dərc ediləcək.
A.Əlizadə
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

