Azərbaycan nümayəndə heyəti G20 Dinlərarası Dialoq Forumunda iştirak edir
12.08.2025 [17:14]
Avqustun 10-dan 14-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində G20 Dinlərarası Dialoq Forumu keçirilir. “Fəaliyyətdə humanizm: Həssas icmalar diqqət mərkəzində” mövzusuna həsr olunan Forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mərkəzin icraçı direktorunun müavini Ramin Qəmbərov, Milli Məclisin deputatları Fazil Mustafa və Cavanşir Paşazadə daxildir.
Forumun açılışında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəşəriyyətin sülh, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə hər zamankından daha çox ehtiyac duyduğunu vurğulayıb. O, dünyada münaqişələrin, dini və etnik zəmində ayrı-seçkiliyin artmasının qlobal sabitliyə ciddi təhdid yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyəti dini liderlər və ictimai xadimlərlə əməkdaşlıqda fəal olmağa çağırıb.
Forumun “Həmrəylik üçün təhsil: Mədəniyyətlərarası dini savadlılıq, humanizm və dini gərginliklə, zorakılıqla mübarizə” mövzusuna həsr olunan panel iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edib. O mövzu ilə bağlı fikirlərini bölüşüb, mövzu üzrə Azərbaycanın təcrübəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhsil və gənclərlə bağlı fəaliyyəti haqda danışıb. Diqqətə çatdırıb ki, təhsil biliklə yanaşı həm də dəyərdır, cəmiyyətlərin formalaşdırılması, müxtəlif dinlərə, mədəniyyətlərə malik insanlar arasında körpülərin qurulması, sosial birliyin qorunması və qarşılıqlı hörmətin təşviqində mühüm rol oynayır.
Rəvan Həsənov vurğulayıb ki, müxtəlif dini və etnik icmaların bir arada yaşadığı Azərbaycanda multikulturalizm xalqın mənəvi sərvəti, eyni zamanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu təhsildən başlayır. Azərbaycanın təcrübəsi göstərir ki, mədəniyyətlərarası və dinlərarası maarifləndirməyə əsaslanan təhsil ictimai harmoniyanı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mərkəz həm ölkə daxilində, həm də xaricdə tolerantlıq, birgəyaşayış kimi dəyərləri təbliğ edən təhsil proqramları hazırlayıb. Dünyanın 27-dən çox universitetində “Azərbaycan multikulturalizmi”, eyni zamanda Azərbaycanın bütün universitetlərində “Multikulturalizmə giriş” fənnləri tədris olunur. Bu proqram vasitəsilə tələbələr birgəyaşayışın real həyat modellərini araşdırır və inklüziv cəmiyyətlərin formalaşmasında din və ənənənin rolunu müzakirə edirlər. Mərkəz tərəfindən ildə iki dəfə Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri təşkil olunur, Multikulturalizm Gənclər Forumu keçirilir.
O qeyd edib ki, Azərbaycanda olan bütün dini icmalar da – müsəlman, xristian, yəhudi və başqaları təhsil və mədəniyyət dialoquna öz töhfələrini verir. Onlar gənclər üçün düşərgələr, seminarlar və layihələr təşkil edir.
Rəvan Həsənov sonda bildirib ki, belə nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın davamlı iştirakı ölkənin multikulturalizm sahəsində qlobal səviyyədə nüfuzunun daha da möhkəmlənməsinə, həmçinin müxtəlif din və mədəniyyətlər arasında dialoqun təşviqinə mühüm töhfə verir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi gələcəkdə də bu kimi beynəlxalq tədbirlərdə fəal iştirakını, Azərbaycan multikulturalizm modelini beynəlxalq auditoriyalarda təqdim edilməsini və dünya ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərin irəli sürülməsini qarşıya məqsəd qoyub.
Məruzə maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.
Forum çərçivəsində nümayəndə heyəti Müsəlman Ağsaqqallar Şurasının sədrinin müşaviri Adama Dienq (2012-2020-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini və Baş Katibin Soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının komissarı Mohamed Elsanousi, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi, Özbəkistan Respublikasının Prezidentinin müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilovla görüşüblər. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, dini tolerantlıq və qarşılıqlı hörmətin təşviqi, radikalizm və ekstremizmə qarşı mübarizə, həssas icmaların müdafiəsi, İslam mədəni irsinin qorunması, eləcə də təhsil və elmi əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparıb. Tərəflər bu sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələr və qarşılıqlı dəstək mexanizmləri barədə razılığa gəlib.
Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50

