Milli kimliyimizi, varlığımızı əks etdirən Konstitusiyamız vətəndaşlıq Aktımızdır
12.11.2021 [15:00]
Milli Məclisin deputatı Əliabbas Salahzadə bu gün Zəfər sevinci ilə qeyd etdiyimiz Konstitusiya Günündən bəhs edərək bildirib ki, müstəqilliyinin yenidən bərpasının 30 illiyini arxada qoyan Azərbaycanın demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda atdığı addımlar sırasında 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Ali Qanunumuzu xüsusi qeyd etməliyik: “Ötən ay müstəqilliyimizin yenidən bərpasının 30 illiyini qeyd etdik. 1991-1993-cü ilin iyununadək olan dövr Azərbaycan tarixinə faciəli səhifə kimi yazılıb. Bu baxımdan ki, həmin illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz şəxslərin rəhbərliyi ucbatından Azərbaycan yenidən bərpa etdiyi müstəqilliyini itirmək və bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə çətin vaxtlarda xalqımız üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin əsasını qoydu. Məhz həmin dövrdən ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil etdi.”
Ə.Salahzadə vurğulayıb ki, Konstitusiyamızın özündə ehtiva etdiyi müddəalarda dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, həmçinin yüksək rifahının təmin edilməsidir: “Daim yeniləşmədə, təkmilləşmədə maraqlı olan dövlətimiz Konstitusiyamızı, eyni zamanda, cəmiyyətin idarə olunmasında xüsusi rola malik olan qanunlarımızı dəyişməz hesab etmir, daim dövrün, zamanın tələblərinə uyğun təkmilləşməni həyata keçirir. Bu baxımdan illər keçdikcə ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələrdə qazandığı uğurlar, təcrübə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirdiyi üçün 26 ildə bu məqsədlə 3 dəfə ümumxalq səsverməsi keçirilib. Bu əlavə və dəyişikliklərin böyük bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.”
“Bugünümüzün reallıqları fonunda bir daha bu həqiqəti böyük inam və fəxr hissi ilə qeyd edirik ki, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir, insan amili öndə dayanır” söyləyən millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur: “Son 18 ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin Sərəncamı ilə 18 iyunun İnsan Hüquqları Günü kimi təsis edilməsi insan hüquqlarının qorunmasının prioritetliyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin bayram günlərində, önəmli hadisələr ərəfəsində əfv sərəncamlarını imzalaması da ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla davam etdirilməsindən xəbər verir. Amnistiya aktları, əfv sərəncamları insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla yenidən azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmalarına kömək edir.”
Əliabbas Salahzadə vurğulayıb ki, hər kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.
“Artıq Zəfərimizin birinci ildönümünü qeyd etdik” söyləyən millət vəkili bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə bağlı qərarlarında, irəli sürdüyü təşəbbüslərində də vətəndaş amilinə nə qədər böyük önəm verildiyi özünü qabarıq şəkildə nümayiş etdirir: “Bu fikir daim vurğulanır ki, soydaşlarımızın yüksək həyat səviyyəsi təmin olunmalı, rahat şəraitdə yaşamalıdırlar. Yenə də vətəndaş məmnunluğunun artırılması əsasdır. 8 noyabr- Zəfər Günü münasibətilə dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi Amnistiya aktı da insan hüquq və azadlığına göstərilən diqqətin təzahürü, humanizmin təntənəsidir. Dövlətimiz hər bir vətəndaşının yanındadır. Onların hüquqlarının qorunması, yenidən həyata qayıdaraq səhvlərini başa düşmələri üçün bütün zəruri olan addımları atır. Düşünürük ki, dövlətimizin bu humanist addımından pay alan insanlar yenidən azadlığa qovuşmaqla vətəndaşlıq borclarını başa düşəcək, ölkəmizin daha da qüdrətlənməsinə, Zəfərimizin diktə etdiyi vəzifələrin icrasına öz töhfələrini verəcəklər.”
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

