Yeni Azərbaycan Partiyasının yaradılması tariximizin yeni inkişaf mərhələsinin başlanğıcı olub
16.11.2021 [11:50]
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. O illəri böyük fərəh hissi ilə xatırlayıram. Çünki mən də Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçılarından biri olmuşam.
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünü qeyd etdiyimiz bir zamanda Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk.
Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 29 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik. Bu xoşbəxtliyimiz və qürurumuz əbədi və davamlı olsun! Bizlərə bu qüruru yaşadan Ümummilli Lider Heydər Əliyev siyasi irsinin varisi və layiqli davamçısı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, xalqımıza xoş, firavan günlər arzu edirik.
Bizim artıq güclü dövlətimiz var - müstəqil Azərbaycan dövləti. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Bu gün bütün guşələri nura çevrilən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində Ümummilli Liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır!
Nə qədərki Azərbaycan var, Yeni Azərbaycan Partiyası var olacaqdır! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Yeni Azərbaycan Partiyası!
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

