/ / 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu işğaldan azad edildi
44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu işğaldan azad edildi
29.11.2021 [15:24]
Müşfiq Məmmədli
Milli Məclisin deputatı
“Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”. Azərbaycanın şanlı tarixinə həkk olunan bu fikirləri qalib Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyev Laçının azad olunduğu gün səsləndirdi.
18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Laçın rayonu Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarıldı. 28 il işğal altında qalan Laçın rayonunda yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri dağıdılaraq talan edildi.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var.
Cənab Prezidentin vurğuladığı kimi, biz öz tarixi dədə-baba torpaqlarımıza qayıtdıq. Həmin torpaqlara həyat yenidən döndü. İndi dövlət olaraq qarşımızda duran ən böyük vəzifə işğaldan azad edilmiş torpaqlarımızı inkişaf etdirmək, dünyanın ən qabaqcıl bölgəsinə çevirməkdir. Qısa müddət ərzində ölkə rəhbərinin tapşırıq və göstərişləri əsasında böyük addımlar atılıb. Zəfər yolu, Füzulidə Beynəlxalq aeroprt, ağıllı kənd layihəsi söylədiklərimizi bir daha sübut edir. Yaxın müddətdə Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilib istifadəyə veriləcək.
Heç vaxt ümidimizi itirmədiyimiz, daim xəyalları ilə yaşadığımız Qarabağı bizə bəxş edən hər bir şəxsə təşəkkür edirəm. Əlbəttə ki, Vətən müharibəsində qazanılan qələbənin təminatçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və qalib ordumuzun göstərdiyi şücaiət oldu. Eyni zamanda qələbəmizdə xalqımızın ölkə rəhbərinə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz müstəsna rol oynadı.
44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq göstərdilər. Vətənimizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi hörmətlə anır, ailələrinə səbr diləyirik.
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06

