Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Pakistan Qarabağda birgə müəssisələr yarada bilər

Azərbaycan və Pakistan Qarabağda birgə müəssisələr yarada bilər

28.03.2022 [12:47]

"Azərbaycan və Pakistanın işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı planları var, iki ölkənin birgə müəssisələr yaratması təklif edilir".

Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.

“Pakistan çox böyük, inkişaf etmiş aqrar sektora malik olduğundan, Azərbaycanla birlikdə Qarabağda bəzi layihələr həyata keçirə bilər. İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var. Azərbaycan tərəfi ilə birgə müəssisənin açılması ilə bağlı müzakirələr aparılır. Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər. Artıq bununla bağlı bəzi şirkətlər Azərbaycanın müxtəlif institutları ilə danışıqlar aparır. Bu, Azərbaycana əhəmiyyətli dərəcədə birbaşa xarici investisiya gətirə bilər", - deyə o, qeyd edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə. bu ilin yanvar-fevral aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % çoxdur.

Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var.

Paylaş:
Baxılıb: 987 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30