MİDA-nın 4-5 saniyədə satılan mənzilləri
01.04.2022 [10:17]
Mütəxəssis: MİDA sistem müdaxiləsini aşkar edə bilər
Günel ABBAS
Ötən gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satışla bağlı proseduru test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub. Buna baxmayaraq onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunmaqdadır. Məlumata görə, satış 4 saniyə müddətində gerçəkləşib və bəzi iddiaçılar xüsusi proqram təminatlarından istifadə edib. “Yeni Azərbaycan” məsələni aydınlaşdırmaq üçün agentliklə əlaqə saxladı və mənzil seçimi prosesinin şəffaflığı ilə bağlı suallar ünvanladı.
MİDA-dan sorğumuza cavab olaraq bildirildi ki, mənzillərin seçimi tamamilə şəffaf formada baş tutub. Proses Agentliyin inzibati binasında yaradılmış operativ qərargahda müşahidə edilib. Müşahidə prosesində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak edib.
Güzəştli mənzillərdən yararlana bilməyənlərin bəziləri bu işi “mənzil hakerləri” adlanan şəxslərin həyata keçirdiyini deyirlər. Həmin şəxslər müəyyən məbləğdə ödəniş qarşılığında evləri istənilən adamlar üçün tuturlar. Hətta bu prosesdə ucuz alıb baha satmaq məqsədi güdən əmlakçıların da əlinin olduğu bildirilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad İbrahimov bot və digər qeyri qanuni vasitələrlə sistemə müdaxilə edərək mənzil seçə bilən şəxslərin mövcudluğunu təsdiqlədi. Onun sözlərinə görə, həmin şəxslərin kimliyini və sistemə hansı yolla müdaxilə etdiyini MİDA mütəxəssisləri aşkara çıxara bilərlər: “Dünəndən paylaşılan bir çox məlumatı oxumuşam. Bəzi vətəndaşlar bildirirlər ki, əvvəlki mənzil seçimlərində 10-15 saniyəyə normal qaydada mənzil seçimini edən bir neçə yaxın insanları tanıyırıq. Lakin dünənki seçimdə artıq sistem açıldıqdan 5 saniyə sonra mənzillərin böyük bir hissəsi satılmış kimi qeyd olunmuşdu. MİDA mütəxəssisləri vətəndaşların narazılıqlarını nəzərə alaraq seçim prosesində iştirak edən və mənzilə sahib olan şəxslərin şəxsi məlumatlarını paylaşmamaq şərti ilə digər seçim məlumatlarını paylaşarsa, bəlkə insanlar arasında bu çaşqınlıq və müxtəlif iddiaların cavabı tapılmış olar”.
Mütəxəssis bildirdi ki, seçimlərdən öncə vətəndaşların proqramçı, hətta xaker axtarışları hamımıza məlumdur: “İnanmıram ki, yaradılmış sistemdə hələ də captcha (kompüteri və insanı fərqləndirmək üçün test) hissə klassik versiyada qalsın. Həm də bu cür captchaların keçilməsi mümkündür. Lakin hazırda “Google” tərəfindən istifadəyə tamamilə pulsuz verilən captchalar bir növ pazl kimidir. Bunun da proqramlarla keçilməsi asan məsələ deyil. Əlbəttə tam təhlükəsizlik deyə bir şey yoxdur, lakin müxtəlif həllərlə müdaxilələrin qarşısını almaq olar”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54

